Türkiyə Super Liqasında 17-ci tura yekun vurulub.
Sportal.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Trabzonspor" "Gənclərbirliyi"nin qonağı olub.
Ankarada keçirilmiş görüşdə "Trabzonspor" məğlub olub.
Hazırda 42 xala malik “Qalatasaray” vahid liderdir. "Trabzonspor" 35 xalla 3-cü pillədədir.
"Gənclərbirliyi" - "Trabzonspor" 4:3
Qollar: Qutas, 5. Tonqya, 31. O.Ulgun, 52. Koita, 59 – F.Auqusto, 45+2; 50. Muçi, 67-pen.
