"Hazırda lider olmaq bizə heç bir medal qazandırmır" - Valdas Dambrauskas

21:57 - 22 Dekabr 2025

"Sabah" Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Komandamı, "Sabah" ailəsini təbrik qələbə münasibətilə edirəm. Çox önəmli qalibiyyətdir. Buna ehtiyacımız var idi. Düzdür, daha yaxşı oynaya bilərdik. Matçın sonlarına yaxın bir az əziyyət çəkdik. Futbolçularıma təşəkkür edirəm. Onlar son aylarda çox inkişaf ediblər. İstirahətə yollanacağıq. Yeni ildən sonra mövsümün ikinci yarısına hazırlaşacağıq".

- Uzun illərdən sonra Premyer Liqada qış çempionu dəyişdi. Bunu nəyin hesabına bacardız?

- Hələ mövsümün yarısının olması üçün qarşıda bir oyun var. "Qarabağ" çox yaxşı komandadır, məşqçi komandasıdır, Avropada səs-küy yaradıblar. Onların əldə etdiyi uğurları əldə etmək üçün çox inkişaf etməliyik. Biz sadəcə qarşıdan gələn oyunu düşünürük. Hazırda lider olmaq bizə heç bir medal qazandırmır. Böyük uğurlar qazanmaq üçün çox çalışmaq lazımdır.

- "Neftçi" ilə matçdan sonra demişdiz ki, bizi "Turan Tovuz" və "Qarabağ"la çətin oyunlar gözləyir. Həmin vaxt "Sumqayıt"ın adını çəkməmişdiz. Maraqlıdır onlarla oyunun asan olacağını düşünürdünüz?

- Bəlkə də yanlış anlaşılma olub. Həmişə qeyd etmişəm ki, mənim üçün qarşıdan gələn oyun ən önəmlisidir. Hər matçdan sonra məndən "Qarabağ" barədə soruşursuz. Hazırda məni ən çox düşündürən oyun gələn il yanvarın 25-də "Karvan-Yevlax"a qarşı əzmkar keçirəcəyimiz matçdır.

- Oyunun əvvəlində dron çəkilişinə icazə vermədiz. Bunun səbəbi nə idi?

- Bilmirəm nə deyim. Bura oyun barədə danışmağa gəlmişəm.

Elçin Əlixan

Xəbər xətti