“Lion” “Real”ın hücumçusu Endrikin icarəyə götürüldüyünü elan edib.
Sportal.az xəbər verir ki, icarə müqaviləsi mövsümün sonunadək nəzərdə tutulub. Keçidin məbləği 1 milyon avro təşkil edib. Daha əvvəl “Lion”un Endrikin maaşının 50%-ni öz üzərinə götürəcəyi də məlum olmuşdu. Endrik komandaya 29 dekabrda qoşulacaq.
Qeyd edək ki, bu mövsüm Endrik La Liqada cəmi bir oyunda iştirak edib və meydanda 11 dəqiqə keçirib.
saytlarin hazirlanmasi
