Aleksander Sörlot qışda "Atletiko"nu tərk edə bilər.
Sportal.az xəbər verir ki, mümkün gedişin səbəbi kimi norveçli hücumçunun baş məşqçisi Dieqo Simeone ilə münasibətlərinin gərgin olması göstərilir.
Sörlota ən çox maraq göstərən klub “Fənərbağça”dır. İnsayder Yağız Sabuncuoğlunun məlumatına görə, 30 yaşlı forvard Türkiyəyə qayıtmağa açıqdır. Lakin o, sərfəli müqavilə almaq istəyir. Təcrübəli futbolçu İstanbul nəhəngindən illik 12 milyon avro maaş tələb edib.
Sörlot cari mövsümdə Madrid klubunun heyətində bütün turnirlərdə 22 matça çıxıb, bu oyunlarda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Norveç millisinin üzvü daha əvvəl Türkiyədə "Trabzonspor"un formasını geyinib.
saytlarin hazirlanmasi
