145 milyon avroluq hücumçu zədələndi - uzun müddət oynamayacaq

17:15 - 23 Dekabr 2025

İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, son çempionun hücumçusu Aleksandr İsak sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İsveçli forvard Premyer Liqanın 17-ci turunun "Tottenhem"lə səfər oyununda (2:1) zədələnib. Topuğunda sınıq aşkarlanan İsak əməliyyat olunub. 26 yaşlı futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Liverpul" Alkesandr İsakı mövsümün əvvəlində "Nyukasl"dan 145 milyon avroya transfer edib. İsveç millisinin üzvü Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti