"Araz-Naxçıvan" Baxşıyevlə yollarını ayırdı - RƏSMİ

11:18 - 26 Dekabr 2025

"Araz-Naxçıvan" Elmar Baxşıyevlə yolları ayırıb.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İdarə Heyətinin iclasında klubun qış fasiləsinə qədərki çıxışı müzakirə olunub.

Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb.

Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, E. Baxşıyev 2024-cü ilin aprelində "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunub.

Xəbər xətti