"Qalib gəlmirsənsə, səni xatırlamırlar" - Poqba

22:49 - 21 Aprel 2026

Pol Poqba hesab edir ki, "Mançester Yunayted"in futbolçusu Bruno Fernandes öz potensialını hələ tam şəkildə ortaya qoymayıb.

Sportal.az xəbər verir ki, Poqba Rio Ferdinanda verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib:

“Bruno Fernandes hazırda “Mançester Yunayted”də etdiyindən daha artığını edə bilərmi? Səncə, başqa komandada oynasaydı, Bruno “qızıl top”a namizədlər arasında ilk üçlükdə olmazdı?

Mən düşünürəm ki, əgər onu “Mançester Siti”yə götürsələr, onun statistikasını, oyun səviyyəsini və digər amilləri nəzərə alsaq, o, ilk üçlükdə yer alar. Amma əgər qalib gəlmirsənsə, səni xatırlamırlar."

Xəbər xətti