"Çelsi" 32 il sonra antirekordunu təkrarladı

00:13 - 22 Aprel 2026

“Çelsi” İngiltərə çempionatında künc zərbələrindən buraxdığı qollar üzrə öz antirekordunu təkrarlayıb.

Sportal.az xəbər verir ki, London klubu Premyer Liqanın 34-cü turunda səfərdə “Brayton”la qarşılaşır. Oyunun artıq 3-cü dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Ferdi Kadıoğlu künc zərbəsindən sonra Robert Sançesin qoruduğu qapıya yol tapıb.

Beləliklə, “Çelsi” bu mövsüm Premyer Liqada künc zərbəsindən 11-ci qolu buraxıb. Bu göstərici klubun 1994/95 mövsümündə qeydə alınmış antirekorduna bərabərdir.

Cari mövsümə gəlincə, Premyer Liqada standart vəziyyətlərdən daha çox qol buraxan yeganə komanda “Vest Hem”dir. London təmsilçisi 15 qol buraxıb.

Xəbər xətti