AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXI turunun matçlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
“Qəbələ” – “Qarabağ” oyununun 86-cı dəqiqəsində “Qəbələ” komandasının 11 nömrəli futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Qəbələ” komandası 10000 manat cərimə edilsin (maddə 52.4);
“Qəbələ” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qəbələ” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);
“Qəbələ” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar əşya atıldığına görə “Qəbələ” komandası 2000 manat cərimə edilsin (maddə 86.3);
“Neftçi” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
saytlarin hazirlanmasi
