"Təkliflərim hər zaman var, amma Azərbaycana geri qayıtmaq haqda düşünmürəm" - Albaniyada oynayan müdafiəçi

16:22 - 14 May 2026

Albaniyanın “Eqnatiya” klubunun müdafiəçisi Zamiq Əliyevə bir çox klubdan təklif var. Amma millimizin də üzvü olan Əliyevin yeni mövsümə hansı ölkədə başlayacağı hələ ki dəqiq deyil.

Sportal.az saytına açıqlama verən 25 yaşlı futbolçu mövsümün sonunda qərarını verəcəyini bildirib:

"Eqnatiya" ilə müqaviləm davam edir. Burada da hər şey yaxşıdır. İndi bütün diqqətimi qarşıdakı oyunlara yönəltmişəm. Növbəti çempionluğu qazanmağa fokuslanmışam. Transfer barədə isə indidən nəsə demək erkəndir. Mövsüm başa çatdıqdan sonra bu haqda düşünmək olar. Burada olduğum illərdə hər transfer dönəmində bir çox təklif almışam. Amma heç biri reallaşmayıb. Ona görə də bu haqda nəsə demək çətindir. Zaman hər şeyi göstərəcək".

Əliyev Azərbaycan klublarından təkliflər aldığını da söyləyib: “Azərbaycandan təklif hər zaman var. Amma mənim geri dönmək fikrim yoxdur. Karyeramı ölkə xaricində davam etdirməyə üstünlük verirəm. Ancaq futbolda dəqiq bir söz demək çətindir. Hər şey bir anda dəyişə bilir. Ümid edirəm ki, uzun illər ölkə xaricində daha yaxşı oynamağa davam edərəm. İstəyim və hədəfim də bu cürdür".

Mirbağırağa
 

Xəbər xətti