Rus qapıçını milliləşdirə bilmədilər - dünya çempionatında iştirak etməyəcək

17:18 - 14 May 2026

"Bodo Qlimt"in qapıçısı Nikita Haykin Norveç millisinin DÇ-2026 üçün heyətinə cəlb edilməyəcək.

Sportal.az "TV 2"yə istinadən xəbər verir ki,  FİFA Rusiya əsilli qapıçıya Norveç milli komandasında oynamağa icazə verməyib.

O, aprel ayında Norveç vətəndaşlığına sahib çıxmışdı. 

Xaykin İsraildə anadan olub. O, 2019-cu ildən bəri Norveçin “Bodo Qlimt” klubunda oynayıb və orada dörd çempionluq qazanıb. 

Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Norveç Fransa, Seneqal və İraqla qarşılaşacaq.
 

Xəbər xətti