"Qarabağ"ın rəqibi növbəti sınaq qarşısında

17:05 - 22 Noyabr 2014

Komanda "Hoverla" ilə qarşılaşacaq

 

Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" klubu doğma meydanda "Hoverla" ilə üz-üzə gələcək. 11 turdan sonra aktivində 26 xalı olan "Dnepr" turnir cədvəlinin lideri "Dinamo" (Kiyev) klubundan bir xal geri qalır.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

22 noyabr

Ukrayna Premyer Liqası, 12-ci tur

19:00. "Dnepr" - "Hoverla"

Xəbər xətti