Gənclər arasında Avropa çempionatı start götürdü

12:25 - 23 Noyabr 2014

"Zirvə"çilər bu gün yarışlara qoşulur

 

Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı start götürüb.

 

Sportal.az "Zirvə" idman klubunun saytına istinadən xəbər verir ki, 21-29 noyabr tarixləri arasında keçiriləcək yarışda 37 ölkədən 314 (197 kişi və 117 qadın) idmançı medallar uğrunda mübarizə aparacaq.

 

Bu çempionatda Azərbaycan yığması da geniş heyətlə çıxış edəcək. 10 nəfərlə Kiprə yollanan milli komandanın 9-u “Zirvə” İdman Klubunu təmsil edirlər.
 

“Zirvəçi”lərdən biri – Əzimova Səbinənin körpücük üzərinə çıxmayacağı dünən məlum olub. Belə ki, ənənəvi olaraq yarışdan əvvəl keçirilən konqresdə qərar qəbul edilib ki, gənclər arasında çempionatda iştirak edən atletlərin yaşı ən azı 15 olmalıdır. Səbinənin isə 14 yaşı var. Bu qədər gənc yaşda Avropa çempionatında iştiraka hüquq qazanması belə böyük uğurdur. Hər halda, biz ona müvəffəqiyyətlər arzulayır, gələn turnirlərdə fəxri kürsünün ən yüksək pillədə duracağına inam böyükdür.

Xəbər xətti