Müdafiəçi klubun hədəfində
Rusiyanın "Spartak" klubunda çıxış edən müdafiəçi Salvador Bokketti "Latsio"nun transfer siyahısına düşüb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, klub 27 yaşlı futbolçu üçün 5.5 milyon avro təklif göndərmək niyyətindədir.
Maraq üçün qeyd edək ki, Bokketti İtaliya yığmasında ilk matçını 2008-ci ilin 25 martında Azərbaycana qarşı keçirib.
saytlarin hazirlanmasi