"Böyük oyun" futbolçu üçün yubiley olacaq

12:00 - 24 Noyabr 2014

100-cü matçına çıxır

 

"Xəzər Lənkəran"ın futbolçusu üçün Sadio Tounkara Azərbaycan Premyer Liqasında "Neftçi"yə qarşı oyun əlamətdar olacaq.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın malili yarımmüdafiəçisi karyerasında 100-cü dəfə “ağ-yaşıllar”ın heyətində rəsmi matça çıxacaq.

 

2012-ci ilin əvvəlində transfer olunan afrikalı 2011/12 mövsümündün AZAL-la görüşündə ilk dəfə "Xəzər Lənkəran"ın formasını geyib. 2012-ci il fevralın 16-dakı qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olan afrikalı 3 ilə yaxın müddətdə 81 çempionat, 10 kubok, 7 Avroliqa, 1 Superkubok görüşünün iştirakçısı olub.

 

Çempionatda çıxışını dayandıran “Araz-Naxçıvan”la oyunun nəticəsi ləğv olunduğundan Sadionun yubileyi “Neftçi” ilə “Böyük oyun”a təsadüf edəcək. Əgər Naxçıvan təmsilçisi mübarizəni davam etdirmiş olsaydı, afrikalı artıq “İnter”lə XII turun matçında 100-ə çatacaqdı.

Xəbər xətti