Almaniya Bundesliqasında 16-cı turun oyunlarına yekun vurulub.
Sportal.az xəbər verir ki, turnir cədvəlinin son pillələrdə qərarlaşan Dortmund “Borussiya”sı evdə “Volfsburq”la üz-üzə gəlib. Bu mövsüm uğursuzluq zolağına düşən Dortmund təmsilçisi hesabda iki dəfə önə keçməsinə baxmayaraq, sonda 3 xalı əldən verib.