"Liverpul" və "Arsenal" "şəhərlilər"in yarımmüdafiəçisini istəyir

11:30 - 26 Dekabr 2014

İngiltərəli futbolçu komandasını dəyişə bilər

 

"Mançester Siti"nin təcrübəli yarımmüdafiəçisi Ceyms Milner 2015-ci ildə komandadan ayrıla bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2015-n iyun ayında komandası ilə müqaviləsi sona çatacaq Milner ilə "Liverpul" və "Arsenal" klubları yaxından maraqlanır.

 

Qeyd edək ki, Milner qış transfer pəncərəsində də komandadan ayrıla bilər.

Xəbər xətti