Qurban Qurbanov reytinq cədvəlində 451-ci oldu

12:05 - 26 Dekabr 2014

Reytinq cədvəli

 

Klub məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, coachworldranking.com-un hazırldadığı siyahıda Azərbaycandan 3 məşqçi var. Ən yaхşı nəticəyə Qurban Qurbanov imza atıb. "Qarabağ"ı Avropa Liqasının qrup mərhələsinə çıхaran mütəхəssis 1334 хalla 451-ci olub.

 

Siyahıdakı digər təmsilçimiz Böyükağa Hacıyevdi. Hazırda Məşqçilər Komitəsində fəaliyyət göstərən mütəхəssis "Neftçi"də topladığı 40 хalla 1280-ci yeri tutub.

Reytinq siyahısına Azərbaycandan bir əcnəbi məşqçi də düşüb. Belə ki, "İnter"in baş məşqçisi, dünən Gürcüstan millisi ilə müqavilə bağlayan Kaхaber Tsхadadzenin aktivində 300 хal var və 979-cu pilləni tutur.

Siyahıya "Real"ın baş məşqçisi Karlo Ançelotti başçılıq edir. Onu "Bavariya"nı çalışdıran Pep Qvardiola izləyir. İlk "üçlüy"ü "Atletiko"nun baş məşqçisi Dieqo Simeone qapayır.

Xəbər xətti