"Yuventus" bu futbolçuya görə "Beşiktaş"a rəqib oldu

12:55 - 26 Dekabr 2014

Müdafiəçi iki klubun hədəfində

 

"Benfika"nın təcrübəli müdafiəçisi Maksi Pereyranın komandanı tərk etməsi gözlənilir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə daha öncə "Beşiktaş" klubu maraqlansa da, "Yuventus" da bu futbolçu üçün mübarizəyə qoşulub.

 

Qeyd edək ki, uruqvaylı futbolçunu transfer etmək istəyən iki klub 5 milyon avrosundan da keçməyə hazırdı.

Xəbər xətti