Tərlan Əhmədovun "Beşiktaş" səfəri FOTOLAR

13:15 - 26 Dekabr 2014

Baş məşqçi təcrübə toplayır

 

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Türkiyədə səfərdədir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbula səfərin məqsədi PRO kateqoriyası almaq üçün keçirilən kursla bağlıdır. Kateqoriyanın tələblərinə uyğun olaraq, 43 yaşlı mütəxəssis dekabrın 23-dən 29-na qədər İstanbul nəhənglərindən “Beşiktaş”da təcrübə toplayacaq.

 

“Qara qartallar”ın bazasında bir həftəlik təlimdə olacaq T.Əhmədov komandanın məşqlərində iştirak edəcək, “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçlə görüşmək və xorvatiyalı çalışdırıcıyla fikir mübadiləsi aparmaq imkanı olacaq.

 

Dekabrın 29-dək davam edəcək səfərin əsas məqsədi isə kateqoriya tələblərinə uyğun olaraq, aşağı yaş qruplarında işlərin necə getdiyini, uşaqlarla iş prinsipini öyrənmək, “Beşiktaş”ın akademiyasının strategiyası ilə yaxından tanış olmaqdır. T. Əhmədov həmçinin klubun infrastruktu ilə də tanış olacaq.

 

Baş məşqçi artıq akademiya ilə tanışlığı başa vurub. Aşağı yaş qruplarından birinin məşqini izlədikdən sonra isə T.Əhmədov “Beşiktaş”ın Gənclik İnkişaf Proqramının koordinatoru və texniki direktoru Əmrah Bayraktarla görüşüb. Görüşdən sonra xatirə şəkli də çəkilib.

 

Xəbər xətti