Hafiz Məmmədovun komandası İlham Əliyevi təbrik etdi

16:15 - 26 Dekabr 2014

"Lans"dan prezidentə təbrik

 

Fransanın "Lans" futbol klubunun prezidenti Jerve Martel İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Sportal.az AzərTAc-a istinadən təbriki diqqətinizə çatdırır:

“Lans” futbol klubu adından doğum gününüz münasibətilə təbriklərimizi çatdırır, Sizə cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə uğurlar arzu edirik. Bu xoş fürsətdən istifadə edərək, 2015-ci ilin iyununda idmanın və futbolun beynəlxalq səviyyədə inkişafı üçün Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkilatçılığında səmərəli münasibətlər çərçivəsində birgə çalışmağa davam etmək arzumuzu çatdırırıq”.

Xəbər xətti