Hücümçu doğma komandasına qayıtdı
"Atletiko" "Milan"da icarə əsasında oynayan "Çelsi"nin hücumçusu Fernando Torresi heyətinə qatıb.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli futbolçu mövsümün sonuna qədər Madrid klubunda çıxış edəcək. Məlumatı "Milan"ın telekanalı da təsdiqləyib.
Qeyd edək ki, F.Torres 2001-2007-ci illərdə "Atletiko"da çıxış edib.