Adriano yenidən Avropa futbolunda

17:15 - 26 Dekabr 2014

Hücumçu futbola qayıdır

 

Braziliya millisinin və "İnter"in sabiq futbolçusu Adriano futbol karyerasına yenidən başlayır.

 

Sportal.az goal.com-a istinadən xəbər verir ki, təcrübəli futbolçu Fransada çıxış edəcək. Fransa 2-ci liqasında çıxış edən "Havr" klubu tezliklə Adriano ilə müqavilə imzalayacaq.
 

Bu transferin reallaşması üçün klubun sahibi Fransa futbol Federasiyasından razılıq almalıdır.

 

Qeyd edək ki, vaxtilə “İnter” və “Roma”da forma geyən Adrianonun son klubu "Atletiko Paranaense" olmuşdu.

Xəbər xətti