Fransa klubu "Arsenal"ın hücumçusunu icarəyə götürəcək

15:45 - 27 Dekabr 2014

Futbolçu komandanın hədəfində

 

Fransa liqasında çıxış edən "Loryen" "Arsenal"ın 21 yaşlı hücumçusunu heyətinə qatmaq niyyətindədir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, oyun praktikası cəhətdən əziyyət çəkən fransalı futbolçunun gedişinə "Arsenal"ın baş məşqçisi Arsen Venger də razıdır.

 

Qeyd edək ki, ötən mövsüm "Oser"dən "topçular"ın heyətinə qoşulan Sanaqo komanda ilə birgə 6 matçda forma geyinə bilib.

Xəbər xətti