BATE-nin futbolçusu İngiltərədə
İngiltərənin "Arsenal" klubu heyətini gücləndirir.
Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi BATE-də çıxış edən müdafiəçi Anri Haquşla müqavilə imzalayıb. Müqavilənin müddəti barədə isə məlumat verilməyib.
Qeyd edək ki, A.Haquş ötən mövsüm BATE ilə Belarus çempionu olub.