Torres rəsmən "Milan"da

12:35 - 28 Dekabr 2014

Hücumçu artıq "Milan"a məxsus olacaq

 

İcarə əsasında “Milan”da çıxış edən Fernando Torres İtaliya klubu ilə müqavilə imzalayacaq.

Sportal.az xəbər verir ki, bu məlumatı hücumçunun məxsus olduğu “Çelsi”nin rəsmi saytı yayıb.

İspaniyalı futbolçu gələn ilin yanvar ayında “Milan”la yeni müqavilə imzalayacaq.

Qeyd edək ki, Torres 2011-ci ildən “Çelsi”də çıxış edir. İspan forvard, London klubunun heyətində 172 matça çıxıb və 45 qola imza atıb.

Xəbər xətti