"Fənərbaxça" və "Real" birinci oldu

13:35 - 28 Dekabr 2014

Daha çox penalti qazanan klublar müəyyənləşdi

 

Avropanın aparıcı çempionatlarında ən çox penalti qazanan komandalar bəlli olub.

Sportal.az xəbər verir ki, siyahıya ÇL-in son qalibi "Real" Madrid və son Türkiyə çempionu "Fənərbağça" başçılıq edir.

Hər iki komanda mövsümün ilk yarısında 7 dəfə penalti vurmaq hüququ qazanıb. İstanbul klubu bunların 5-ni, Madrid təmsilçisi isə 7-ni də qola çevirib.

 

1. "Fənərbaxça" (Türkiyə) - 7 penalti

2. "Real" (Madrid, İspaniya) - 7 penalti

3. "Mets" (Fransa) - 6 penalti

4. "Frayburq" (Almaniya) - 6 penalti

5. "Mançester Siti" (İngiltərə) - 5 penalti

6. "Kalyari" (İtaliya) - 5 penalti

Xəbər xətti