Almaniyalı futbolçu İtaliyaya yollanır
"Arsenal"ın təcrübəli hücumçusu Lukas Podolski karyerasını İtaliyada davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının XX turunda "Sautqempton"la matçı keçirdikdən sonra Podolski "İnter"lə müqavilə imzalamaq üçün Milana yollanacaq.
Qeyd edək ki, icarə əsasında mövsümün sonuna qədər "İnter"də çıxış edəcək Podolski üçün İtaliya nəhəngi 1,5 milyon funt-sterlinq ödəyib.
saytlarin hazirlanmasi