"Roma" və "Tottenhem" 17 yaşlı futbolçu üçün mübarizəyə qoşuldu

13:55 - 29 Dekabr 2014

Futbolçu iki klubun hədəfində

 

Argentinanın "Nyuoels Old Boys" klubunda çıxış edən 17 yaşlı Esekiel Ponse "Tottenhem" və "Roma"nın transfer hədəfinə çevrilib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, klubdan verilən məlumata görə Ponse "Roma"ya transfer olmağa daha çox yaxındır.

 

Qeyd edək ki, 2013-cü ilin oktyabrında debüt edən argentinalı futbolçu klubun heyətində 18 matçda forma geyinə bilib.

Xəbər xətti