Saviola doğma komandasına geri dönür

15:55 - 29 Dekabr 2014

Vətəninə qayıdır

 

İtaliya A seriyasında "Verona"nın formasını geyinən argentinalı təcrübəli hücumçu Xavyer Saviola karyerasını Argentinada davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu karyerasına başladığı "River Pleyt"dən təklif alıb.

 

Qeyd edək ki, Saviola bu mövsüm "Verona"nın heyətində 6 matçda forma geyinə bilib.

Xəbər xətti