"Qalatasaray"ın futbolçusu 3 dünya nəhənginin gündəmində

16:35 - 29 Dekabr 2014

Yarımmüdafiəçi komandanı tərk edə bilər

 

Yanvar ayında komandadan ayrılacağı gözlənilən "Qalatasaray"ın hollandiyalı təcrübəli yarımmüdafiəçisi Uesli Sneyderlə 3 klub yaxından maraqlanır.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu "İnter", "Mançester Siti" və "Mançester Yunayted" kimi klubların transfer hədəfindədi.

 

Qeyd edək ki, transfer məbləği 18 milyon avro dəyərində olan Sneyderi "İnter" klubu heyətinə qatmağa daha yaxındır.

Xəbər xətti