AZAL Türkiyəyə uça bilmədi

19:05 - 29 Dekabr 2014

Komanda paytaxtda qalır

 

AZAL qış fasiləsində Türkiyəyə getməyəcək.

Sportal.az xəbər verir ki, bu haqda  klubun mətbuat katibi Eldəniz Yusifov məlumat verdi. Onun sözlərinə görə, "bankirlər" 2014/15 mövsümünün ikinci yarısına hazırlıqları ölkə daxilində həyata keçirəcək:

"Türkiyəyə getməməyimizin səbəbi klubun hazırlığı üçün bazada əlverişli şəraitin olmasıdı. Ona görə rəhbərlik qərar qəbul elədi ki, klub məhz öz bazasında təlim-məşq toplanışı keçirsin".

Eldəniz Yusiforv AZAL-ın yoxlama oyunları üçün bir neçə klubla danışıqlar apardığını da dedi:

"Bir neçə yoxlama görüşü keçirəcəyik. Hazırda "Sumqayıt" və "Rəvan"la danışıqlar aparırıq. Əgər "Bakı" da Türkiyəyə getməsə, onlarla da danışıb yoxlama oyunu planlaşdıracağəq. Bir yolama oyununu da Gürcüstan klublarında birinə qarşı keçirmək istəyirik".

 

Mənbə: futbolpress.az

Xəbər xətti