"Mançester Siti" hücumçu üçün 25 milyon avro təklif etdi

13:25 - 31 Dekabr 2014

"Şəhərlilər" onu komandada görmək istəyir

 

"Suonsi"nin 26 yaşlı hücumçusu Vilfrid Boni karyerasını "Mançester Siti"də davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "şəhərlilər" Boni üçün 25 milyon avro təklif göndərməyə hazırlaşır. 

 

Qeyd edək ki, Boni bu mövsüm "Suonsi"nin heyətində çıxdığı 19 matçda 8 qol və 2 asistlə yadda qalıb.

Xəbər xətti