Azərbaycan güləşçiləri Las Veqasda VİDEO

12:29 - 2 Sentyabr 2015

Dünya çempionatına hazırlıq

 

Sərbəst, yunan-Roma və qadın güləş üzrə Azərbaycan yığma komandaları ABŞ-ın Las Veqas şəhərində dünya çempionatına hazırlıqlarını davam etdirir. 

 

Sportal.az xəbər verir ki, pəhləvanlar dünən axşam saatlarında məşqə çıxıb.

 

Çempionatın proqramına əsasən, ilk olaraq, sentyabrın 7-də 66, 75 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaq.

 

Qeyd edək ki, dünya çempionatına sentyabrın 12-də yekun vurulacaq. 

 

Xəbər xətti