"Xəzər Lənkəran" istirahət edir

13:57 - 4 Sentyabr 2015

Sentyabrın 5-də yenidən bir araya gələcək

 

Millinin oyunları ilə əlaqədar olaraq Premyer Liqada yaranan fasilədə doğma şəhərdə hazırlaşan “Xəzər Lənkəran”  istirahət edir.

 

Sportal.az xəbər verir ki, əvəzedici heyətlə sentyabrın 2-də keçirilən yoxlama oyunundan sonra sərbəst buraxılan komandamız sentyabrın 5-də yenidən bir araya gələcək. Komanda sentyabrın 10-a qədər hazırlıqlarını Lənkərandakı bazasında davam etdirəcək.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın IV turu çərçivəsində sentyabrın 12-də səfərdə “Qarabağ”la səfərdə qarşılaşacaq. (12cioyuncu.info)

Xəbər xətti