"Yuventus" razı olsa da, Poqba 85 milyon avroya "yox" dedi

15:31 - 4 Sentyabr 2015

"Zadəganlar"dan fantastik təklif

 

Yay transfer pəncərəsinin son günlərində "Çelsi" "Yuventus"a Pol Poqbanın transfer olunması üçün 85 milyon avroluq təklif gödərmişdi.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Yuventus" bu transferə razılıq versə də, Poqbanın şəxsi istəyi ilə bu keçid baş tutmayıb. 

 

Qeyd edək ki, Poqba bir sıra Avropa nəhənglərinin gündəmindən düşmək bilmir.

Xəbər xətti