"Qarabağ"dan ayrılan futbolçu Makedoniya klublarının hədəfində

13:18 - 19 İyun 2017

“Qarabağ”dan ikinci dəfə ayrılan Makedoniya millisinin sabiq üzvü Muarem Muarem ölkəsinə dönür. İlk ayrılıqda Türkiyəyə üz tutan Muarem bu dəfə belə geniş və əlverişli imkana malik deyil.

 

Sportal.az xəbər verir ki, Qurban Qurbanovun göndərdiyi yarımmüdafiəçi ölkəsində bir sıra klubların maraq dairəsinə düşüb. 

 

Onunla son Makedoniya çempionu "Vardar" və bürünc mükafatçısı "Rabotniçki" maraqlanır.

 

Muarem ötən mövsüm ümumilikdə 34 oyun keçirib və 7 qol vurub.

Xəbər xətti