Xorvatiya millisindən tarixinin ən böyük hesablı məğlubiyyəti

22:21 - 3 Oktyabr 2026

Xorvatiya millisi tarixinin ən böyük hesablı məğlubiyyətini alıb.

Sportal.az xəbər verir ki, Slaven Biliçin rəhbərlik etdiyi komanda Millətlər Liqasının 3-cü turunda İngiltərə millisinə 0:7 hesabı ilə məğlub olub.

Buna qədər xorvatlar heç vaxt belə böyük hesab fərqi ilə uduzmamışdılar. Komandanın əvvəlki ən böyük hesablı məğlubiyyəti 11 sentyabr 2018-ci ildə İspaniya ilə oyunda qeydə alınmışdı – 0:6.

Xəbər xətti