Tibo Kurtua hesab edir ki, 2026-cı ildə "Qızıl Top" mükafatı onun komanda yoldaşı Kilian Mbappeyə verilməlidir.
Sportal.az xəbər verir ki, "Real"ın qapıçısı fransalı hücumçunun fərdi səviyyəsini qeyd edib və bildirib ki, nüfuzlu mükafatın sahibini müəyyənləşdirərkən yalnız komanda kuboklarının sayına əsaslanmaq lazım deyil.
"Məcə, "Qızıl Top"u Kilian Mbappe qazanmalıdır. Bu mükafat mütləq şəkildə ən çox kubok qazanana deyil, il ərzində dünyanın ən yaxşı oyunçusu olana verilməlidir. Əks halda, bu prinsipə görə, 2 il əvvəl onu Karvaxal qazanmalı idi".
Qeyd edək ki, Kilian Mbappe 2025/26 mövsümündə Çempionlar Liqasının, La Liqanın və DÇ-2026-nın bombardiri olub, "Qızıl Buts" mükafatına layiq görülüb.
saytlarin hazirlanmasi
