Türkiyə Super Kubokunda yarımfinal və final matçlarının tarixi açıqlanıb.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.
Yarımfinal oyunları 2027-ci ilin 4-5 yanvar tarixlərində baş tutacaq. Burada "Qalatasaray"la "Konyaspor", "Fənərbaxça" ilə "Trabzonspor" üz-üzə gələcək. Final görüşü isə yanvarın 9-da təşkil olunacaq.
Qeyd edək ki, Super Kubokun son qalibi finalda "Qalatasaray"a qalib gələn "Fənərbaxça" olub.
saytlarin hazirlanmasi
