Haaland 52 illik rekordu təkrarladı

20:50 - 28 Sentyabr 2026

Erlinq Haaland Norveç milli komandasının heyətində tarixi nailiyyətə imza atıb.

Sportal.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Gerd Müllerən sonra milli komandada keçirdiyi ilk 57 matçda azı 65 qol vuran ilk avropalı futbolçu olub.

Müller bu göstəriciyə Qərbi Almaniya yığmasının heyətində 1974-cü ildə nail olub. 52 il sonra Haaland əfsanəvi futbolnun nəticəsini təkrarlayıb.

27 yaşlı forvard bu nailiyyət üçün yubiley qolunu Millətlər Liqasının II turunda Portuqaliyaya qarşı matçda vurub. Norveç 1:2 hesabı ilə məğlub olsa da, hücumçu bir qolla fərqlənə bilib.

Xəbər xətti