"Qalatasaray"ın müdafiəçisi Braziliyada qalacaq

13:51 - 27 Sentyabr 2026

"Vasko da Qama" "Qalatasaray"dan icarəyə götürdüyü Karlos Kuesta ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Braziliya klubu kolumbiyalı müdafiəçinin transfer hüquqlarına yiyələnəcək. Bu barədə "Takvim" nəşri məlumat yayıb.

27 yaşlı futbolçunun performansı məşqçilər korpusunu qane edib. Klub təcrübəli mərkəz müdafiəçisi üçün 5,7 milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, "Vasko da Qama" Karlos Kuestanı 2025-ci ilin yayında 2,3 milyon avro qarşılığında icarəyə götürüb. Kolumbiya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti