Millimizin rəqibləri qarşılaşdı, qonaqlar qalib gəldi

09:55 - 25 Sentyabr 2026

Azərbaycan milli komandasının Millətlər Liqasının D2 qrupundakı rəqibləri Lixtenşteyn və Litva üz-üzə gəliblər.

Sportal.az xəbər verir ki, Vadutsda keçirilən matç Litvanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Litva yığması sentyabrın 27-də Azərbaycanı qəbul edəcək və oktyabrən 4-də Bakıda millimizin qonağı olacaq.

Bu oyunlar arasında Azərbaycan oktyabrın 1-də isə Lixtenşteynlə üz-üzə gələcək.

Xəbər xətti