"Qəbələ" Yaponiya yığması ilə qarşılaşacaq

13:24 - 24 Sentyabr 2026

"Qəbələ" milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə 2 yoxlama oyunu keçirəcək.

Sportal.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Bölgə klubu sentyabrın 27-si "Karvan-Yevlax"la, oktyabrın 3-də isə Yaponiyanın U-20 millisi ilə üz-üzə gələcək.

Hər iki oyun Qəbələ şəhər stadionunda baş tutacaq.

Xəbər xətti