Almaniya millisinin baş məşqçisi Yürgen Klopp komandanın onun rəhbərliyi altında titullar qazanacağını almanlara vəd edib-edə bilməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Sportal.az xəbər verir ki, Klopp Millətlər Liqasında Niderland millisinə qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransında bunları qeyd edib:
“Mən heç nə vəd etmirəm. Vəd edə biləcəyim yeganə şey odur ki, biz mütləq buna çalışacağıq. Belə bir fikir var ki, bizim səviyyəmiz digər ölkələrdən aşağıdır. Nəsə yolunda getmirsə, məsələyə daha diqqətlə baxmaq və dəyişikliklər etməyə çalışmaq lazımdır. Hazırda məhz bunun üzərində işləyirik.
Biz hər oyunda elə oynamaq istəyirik ki, qalib gəlmək üçün yaxşı şansımız olsun. Futbolumuzu bir qədər uyğunlaşdırmalı, daha sürətli oynamalı və müəyyən düzəlişlər etməliyik. Artıq buna başlamışıq. Sabah nə baş verəcəyini görəcəyik. Ümid edirəm ki, etdiyimiz dəyişiklikləri meydanda görə biləcəyik”.
saytlarin hazirlanmasi
