“Neftçi”nin “Malyorka”nın futbolçusu Daniel Luna ilə maraqlandığı və onu transfer etməsi haqda xəbər vermişdik.
Amma “Neftçi” sonda kolumbiyalının transferindən vaz keçib. Buna səbəb isə digər transferin reallaşmasıdır.
Sportal.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi Denzel Jubitananın keçidini həll etdiyi üçün Luna məsələsini təxirə salıb.
Lunanın özünü “Riyeka” istəsə də, o, “Malyorka”da qalası olub.
Onun bu klubla müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Jubitana bir müddət əvvəl “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.
