Tanınmış futbolçu saxta COVID-19 sertifikatına görə millidən kənarlaşdırıldı - prokurorluq iş açdı

19:30 - 21 Sentyabr 2026

Qranit Caka Millətlər Liqası matçları ərəfəsində İsveçrə milli komandasının düşərgəsini tərk edib.

Sportal.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

​"Sanderlend"in yarımmüdafiəçisi COVID-19-a qarşı peyvənd sertifikatını saxtalaşdırdığını etiraf edib. O, emosional stres vəziyyətində etdiyi və "səhv" adlandırdığı əmələ görə üzr istəyib və milli komandanın heyətindən kənarlaşdırılıb.

Bundan əvvəl Lusern prokurorluğu 33 yaşlı futbolçuya qarşı iş qaldırıb. Onun dindirilməsi oktyabrın əvvəlinə gözlənilir. Sertifikatın saxtalaşdırılması 2022 ildə, Cakanın "Arsenal"da çıxış etdiyi dövrdə baş verib.

Caka "Instagram" səhifəsində peyvəndə qarşı dərin inamsızlığının olduğunu yazıb: "Son bir neçə gündə KİV-də keçmişimlə bağlı bir hadisə geniş işıqlandırıldı. Bunu şəxsən şərh etmək istərdim.

​O zaman mən şəxsən çox narahat idim və COVID-19-a qarşı peyvəndlə bağlı ciddi şübhələrim var idi. Peyvəndə qarşı dərin inamsızlıq hiss edirdim və qorxu, eləcə də inamsızlıq hissi məni bürümüşdü. Bu emosional sarsıntı vəziyyətində cavabsız qalan suallarıma müvafiq kanallar vasitəsilə cavab axtarmaq əvəzinə, peyvənd sertifikatı əldə etdim.

​Bu gün görürəm ki, bu, yanlış addım idi. Çox təəssüf edirəm. Bu qərara görə bütün məsuliyyəti öz üzərimə götürürəm, məsələni hərtərəfli aydınlaşdırmağa hazıram və müvafiq qurumlarla tam şəkildə əməkdaşlıq edəcəyəm".

​Qeyd edək ki, Qranit Caka İsveçrə millisinin heyətində keçirdiyi oyunların sayına görə rekordçudur.

Xəbər xətti