"Milan"ın futbolçusu Fikayo Tomori qışda komandadan ayrılacaq.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi İngiltərə geri qayıtmağı planlaşdırır.
Belə ki, o, “Tottenhem”dən gələn təklifi dəyərləndirəcək. Onun “Milan”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Tomori İngiltərəyə geri qayıdaraq, “Tottenhem”də daha çox oyun şansı qazanmaq istəyir.
“Çelsi”nin yetirməsi olan Fikayo “Hall Siti”, “Derbi” klublarında çıxış edib.
