İtaliyalı əfsanəvi futbolçu dünyasını dəyişib

12:52 - 19 Sentyabr 2026

"İnter"in əfsanəvi futbolçusu Sandro Matsola dünyasını dəyişib.

Sportal.az xəbər verir ki, bu barədə A Seriyası nəhənginin mətbuat xidməti məlumat yayıb.

İtaliyalı keçmiş hücumçu 83 yaşında vəfat edib.

Qeyd edək ki, Sandro Matsola "İnter"in yetirməsidir və bütün karyerası bu klubda keçib. O, Milan təmsilçisinin heyətində meydana çıxdığı 567 rəsmi matçda 162 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Matsola həmçinin, İtaliya millisinin forması ilə 70 oyun keçirib, 22 qol vurub, 5 assist edib.

Xəbər xətti