"Barselona"da ciddi itki

19:19 - 17 Sentyabr 2026

"Barselona"nın heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin qapıçısı Xoan Qarsiya sıradan çıxıb.

İspaniyalı qolkiper La Liqanın 6-cı turunun "Rasinq"lə matçında dizindən zədə alıb. 25 yaşlı "əlcək sahibi" təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Barselona" Xoan Qarsiyanı 2025-ci ilin yayında "Espanyol"dan 25 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə La Liqa nəhənginin heyətində meydana çıxdığı 7 rəsmi matçda qapısında 6 qol görüb.

Xəbər xətti